BURADA REKLAMINIZ OLA
BİLƏR

İsveçdə Quran yandırıldı

Türkiyə Xarici İşlər Nazirliyi İsveçdə Quranın yandırılması təxribatına sərt mövqe bildirib.

 

Pravda.az-ın xəbərinə görə, nazirlik Danimarkadan İsveçin Malmö şəhərinə gələn İslam düşməni, irqçi bir “siyasətçi” ilə tərəfdarlarının “Qurani-Kərim”ə qarşı çirkin davranışları şiddətlə qınadığını bildirib: “Sözügedən davranışlar birgə yaşayışa və Avropa dəyərlərinə də vurulan zərbədir. Avropada yaşayan müsəlmanların son vaxtlar gündəlik həyatlarında sistemli şəkildə ayrı-seçkilik, irqçilik və İslam əleyhinə təzyiqlərlə üzləşirlər. Müqəddəs kitabımız olan “Qurani-Kərim”ə qarşı sərgilənən belə təhqiramiz hərəkətlər buna bariz nümunədir”.

 

XİN-in mövqeyində daha sonra bildirilib ki, İsveç səlahiyyətliləri Qurana qarşı təxribat yaradan və qondarma siyasətçinin ölkəyə girişinə qadağa qoyan nümayişə icazə verməsələr də, avqustun 28-də ifrat sağçı partiyanın üzvləri təxribatçı hərəkətlərə əl atıblar: “İsveç hakimiyyətinin icazəsiz nümayişdə Qurana hörmətsizlik edənləri həbs etməsi düzgün addımdır. İsveç səlahiyyətlilərini gələcəkdə bu ölkədəki müsəlmanlara hörmətsizlik edənlərə qarşı lazımi tədbirlər görməyə dəvət edirik”.APA

Tarix: 30 Avqust 2020, 06:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin