BURADA REKLAMINIZ OLA
BİLƏR

Səhiyyə Nazirliyi 30 milyonluq avadanlıq alır

Səhiyyə Nazirliyinin tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsi ümumilikdə 30 082 494 manatlıq avandanlıq alır.

 

Pravda.az-ın xəbərinə görə, buraya endoskopiya, avtoklav və ultrasəs diaqnostika avadanlıqları, tibbi avadanlıqlar üçün fasiləsiz enerji təchizatı qurğuları (UPS), tibbi avadanlıqların ehtiyat hissələri, laparoskopiya, tənəffüs və anesteziya avadanlıqları, əməliyyatxanalar üçün cərrahi avadanlıqları və mikroskopları, ümumi profilli dərman vasitələri daxildir.

 

Nazirlik avadanlıqları almaq üçün 7 prosedur həyata keçirir. Hələlik satışı həyata keçirəcək şirkətlər müəyyənləşməyib.

 

Cabir

Tarix: 20 Oktyabr 2026, 18:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin