BURADA REKLAMINIZ OLA
BİLƏR

Leyla Abdullayeva ilə Bricit Makron arasında müzakirələr aparılıb - FOTO

Fransada xanım səfirlər üçün nahar təşkil olunub və ölkənin birinci xanımı Bricit Makronun qatıldığı tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Leyla Abdullayeva da iştirak edib.

 

L. Abdullayeva bununla bağlı "X" sosial şəbəkə hesabında paylaşım edib.

 

"Qadın səfirlərin Fransanın birinci xanımı ilə naharı.

 

Mühüm mövzular barədə səmimi müzakirələr: qadınlar, uşaqlar, təhsil, səhiyyə və daha çoxu", - o yazıb.

 

Azərbaycanın Fransadakı səfiri bu görüşə görə təşəkkür edib.

 

 

Tarix: 20 Oktyabr 2026, 18:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin