BURADA REKLAMINIZ OLA
BİLƏR

İmran Əliyevə 12, Elgiz Qəhrəmana isə 11 il iş istənildi

“Məclis.info” saytının rəhbəri İmran Əliyev və onunla birgə ittiham olunan ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın məhkəmə istintaqı başa çatıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü prosesdə çıxışlar başlayıb.

 

Dövlət ittihamçısı İmran Əliyevin 12 il, Elgiz Qəhrəmanın isə 11 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbsini tələb edib. Prokuror Tamella Musayevaya cəza istəməyə hazırlaşanda isə qadının vəziyyəti pisləşib, ara qarışdığı üçün çıxış yarımçıq qalıb və proses noyabrın 3-nə təxirə salınıb.

 

Qeyd edək ki, təqsirləndirilənlər Cinayət Məcəlləsinin 8 maddəsi ilə – 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilirlər.

 

Qeyd edək ki, İmran Əliyev həbsdə, Elgiz Qəhrəman və Tamella Musayeva isə azadlıqdadırlar.

 

Qafqazinfo

Tarix: 20 Oktyabr 2026, 20:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin