Bakı Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən İlham Eldar oğlu Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 2024-cü ildə, səhər saat 08:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsində baş verib.
Belə ki, İ.Əliyev sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi “Hyundai Elantra” markalı avtomobillə metronun “20 Yanvar” stansiyası istiqamətində, saatda 40 kilometr sürətlə hərəkət edib.
Sürücü manevr qaydalarını pozaraq yolun 1.1 üfüqi nişanlanma xəttini kəsib və yolun sağ tərəfindəki birinci hərəkət zolağına daxil olub. Hərəkətini yolun sağ kənarı istiqamətində davam etdirən sürücü həmin küçədə yerləşən restoranın qarşısında onunla eyni istiqamətdə, sağ tərəfində paralel hərəkət edən Türkiyə Respublikası vətəndaşı Furkan Halvalının idarə etdiyi “Jıanshın” markalı motosikletə yaxınlaşıb və onun hərəkətinə maneə yaradıb.
Furkan Halvalı avtomobillə toqquşmanın qarşısını almaq və təhlükədən yayınmaq məqsədilə sağ tərəfə, səki istiqamətində məcburi manevr edib. Nəticədə motosikletin sürücüsü idarəetməni itirərək yolun sağ tərəfindəki səkinin bordürünə çırpılıb və nəqliyyat vasitəsi aşıb.
Furkan Halvalı yıxılaraq ağır xəsarətlər alıb və hadisə yerində ölüb.
Məlumata görə, İ.Əliyev yol hərəkəti qaydalarının tələblərini pozaraq ehtiyatsızlıqdan ölümə səbəb olan yol-nəqliyyat hadisəsi törədib. Bundan əlavə, o, hadisədən sonra nəqliyyat vasitəsini yerindən tərpətməmək, aidiyyəti quruma məlumat vermək və müvafiq əməkdaşların gəlməsini gözləmək öhdəliyinə əməl etməyərək hadisə yerindən qaçıb.
Daha sonra o, saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Yasamal Rayon Məhkəməsinin hökmü ilə İ.Əliyevə 5 il 1 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Həmçinin onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.
Hökmlə razılaşmayan məhkum apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və barəsində bəraət hökmü çıxarılmasını xahiş edib.
Qeyd: Ölən sürücü Furkan Halvalı Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr və dünya iqtisadiyyatı fakültəsində təhsil alırdı və kuryer fəaliyyəti ilə məşğul olurdu.
Kamal Məmmədov
21 Oktyabr 08:58
21 Oktyabr 08:22
21 Oktyabr 08:18
21 Oktyabr 08:13
21 Oktyabr 08:08
21 Oktyabr 08:03
21 Oktyabr 07:52
21 Oktyabr 07:29
21 Oktyabr 07:27
21 Oktyabr 07:23
21 Oktyabr 02:49
20 Oktyabr 21:24
20 Oktyabr 21:21
20 Oktyabr 20:37
20 Oktyabr 20:36
20 Oktyabr 19:09
20 Oktyabr 18:58
20 Oktyabr 18:54
20 Oktyabr 18:49
20 Oktyabr 18:45
20 Oktyabr 18:38
20 Oktyabr 18:22
20 Oktyabr 18:17
20 Oktyabr 18:12
20 Oktyabr 18:08
20 Oktyabr 18:02
20 Oktyabr 18:00
20 Oktyabr 17:57
20 Oktyabr 17:57
20 Oktyabr 17:49
20 Oktyabr 17:48
20 Oktyabr 17:47
20 Oktyabr 17:39
20 Oktyabr 17:35
20 Oktyabr 17:32
20 Oktyabr 17:28
20 Oktyabr 17:21
20 Oktyabr 17:10
20 Oktyabr 17:08
20 Oktyabr 17:05
20 Oktyabr 16:55
20 Oktyabr 16:47
20 Oktyabr 16:42
20 Oktyabr 16:37
20 Oktyabr 16:32
20 Oktyabr 16:06
20 Oktyabr 16:01
20 Oktyabr 16:01
20 Oktyabr 15:56
20 Oktyabr 15:55
20 Oktyabr 15:54
20 Oktyabr 15:49
20 Oktyabr 15:42
20 Oktyabr 15:38
20 Oktyabr 15:31
20 Oktyabr 15:26
20 Oktyabr 15:23
20 Oktyabr 15:16
20 Oktyabr 15:09
20 Oktyabr 15:05
20 Oktyabr 14:58
20 Oktyabr 14:54
20 Oktyabr 14:47
20 Oktyabr 14:40
20 Oktyabr 14:38
20 Oktyabr 14:26
20 Oktyabr 14:19
20 Oktyabr 14:17
20 Oktyabr 14:12
20 Oktyabr 13:52
20 Oktyabr 13:47
20 Oktyabr 13:40
20 Oktyabr 13:30
20 Oktyabr 13:12
20 Oktyabr 13:04
20 Oktyabr 13:04
20 Oktyabr 13:03
20 Oktyabr 12:57
20 Oktyabr 12:49
20 Oktyabr 12:44
20 Oktyabr 12:43
20 Oktyabr 12:36
20 Oktyabr 12:34
20 Oktyabr 12:32
20 Oktyabr 12:15
20 Oktyabr 12:10
20 Oktyabr 12:07
20 Oktyabr 12:05
20 Oktyabr 12:03
20 Oktyabr 11:59
20 Oktyabr 11:52
20 Oktyabr 11:47
20 Oktyabr 11:45
20 Oktyabr 11:43
20 Oktyabr 11:38
20 Oktyabr 11:37
20 Oktyabr 11:31
20 Oktyabr 11:28
20 Oktyabr 11:20
20 Oktyabr 11:18
20 Oktyabr 11:15
20 Oktyabr 11:12
20 Oktyabr 11:09
20 Oktyabr 10:54
20 Oktyabr 10:49
20 Oktyabr 10:45
20 Oktyabr 10:30
20 Oktyabr 10:26
20 Oktyabr 10:22
20 Oktyabr 10:21
20 Oktyabr 10:18
20 Oktyabr 10:08
20 Oktyabr 09:45
20 Oktyabr 09:29
20 Oktyabr 08:58
20 Oktyabr 08:42
20 Oktyabr 08:31
20 Oktyabr 08:30
20 Oktyabr 08:25
20 Oktyabr 08:20
20 Oktyabr 08:16
20 Oktyabr 08:12
20 Oktyabr 08:08
20 Oktyabr 08:04
20 Oktyabr 07:45
20 Oktyabr 06:55
20 Oktyabr 06:53
20 Oktyabr 06:52
20 Oktyabr 06:50
20 Oktyabr 00:05
19 Oktyabr 23:53
19 Oktyabr 23:10
19 Oktyabr 21:38
19 Oktyabr 21:31
19 Oktyabr 21:29
19 Oktyabr 20:06
19 Oktyabr 19:51
19 Oktyabr 19:10
19 Oktyabr 19:04
19 Oktyabr 18:59
19 Oktyabr 18:54
19 Oktyabr 18:50
19 Oktyabr 18:46
19 Oktyabr 18:41
19 Oktyabr 18:34
19 Oktyabr 18:22
19 Oktyabr 18:16
19 Oktyabr 18:10
19 Oktyabr 18:09
19 Oktyabr 18:05
Ən son xəbərləri səhifəmizdən də izləyin