BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat axtarışa verilən şəxslərin gətirilməsi barədə danışdı: “Hüquq-mühafizə orqanları arasında əməkdaşlıq mövcuddur”

“Baş Prokurorluğun 19 oktyabr 2026-cı ildə yayılan məlumatına əsasən, yeddi nəfərlə bağlı araşdırma Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırışlar və dini nifrətin qızışdırılması şübhələri ilə əlaqədardır. Bunun siyasi tənqid məsələsi kimi təqdim edilməsi qərəzli yanaşmadır. Azərbaycanın dövlət gücü kiminsə sosial şəbəkədə səsləndirdiyi təhqirlərlə müəyyən olunmur. Dövlətimizin öz təhlükəsizliyini və Konstitusiya quruluşunu qanuni vasitələrlə qorumaq hüququ var. Azərbaycan–Türkiyə qardaşlığı isə həm qarşılıqlı hörmətə, həm də hər iki ölkənin qanunlarına riayət olunmasına əsaslanır. Əminəm ki, Azərbaycan və Türkiyənin aidiyyəti dövlət qurumları qarşılıqlı hüquqi yardım imkanlarından qanunvericiliyin verdiyi səlahiyyətlər çərçivəsində istifadə edə bilərlər”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

 

Deputat bildirib ki, Azərbaycanla Türkiyə arasında münasibətlər strateji müttəfiqlik və qarşılıqlı etimada əsaslanır: “Bu əməkdaşlıq hüquq-mühafizə orqanları arasında da mövcuddur və cinayətkarlıqla mübarizədə mühüm əhəmiyyət daşıyır. Digər tərəfdən, ifadə azadlığı ilə konkret cinayət əməli arasında hüquqi fərq mövcuddur. Tənqid və siyasi mövqe bildirmək bir məsələ, qanunla cinayət sayılan real təhdidlər və digər əməllər isə tamam başqa məsələdir. Hər bir fakt ayrıca araşdırılmalı və hüquqi qiymət almalıdır. Azərbaycan dövlətinin gücü qanunun aliliyini təmin etməsində, beynəlxalq öhdəliklərə əməl etməsində və hüquqi mexanizmlərdən səmərəli istifadə etməsində özünü göstərir”.

 

Aytəkin Qardaşova

Tarix: 21 Oktyabr 2026, 11:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin