BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Türkiyə və İsrail arasında müharibə başlasa, Azərbaycan öz tərəfində olacaq”

“Türkiyə və İsrail arasında müharibə olmayacaq. Lakin müharibə baş verərsə, Azərbaycan öz tərəfində, öz mövqeyindədir. Azərbaycan müstəqil dövlət kimi siyasətini aparır. Hansı dövlətlə dostluq, əməkdaşlıq edir, hansı dövlətlə münasibətləri necədir, Azərbaycan bunu öz siyasəti ilə müəyyənləşdirir. Heç kimdən də soruşmur ki, “Mən kiminlə əməkdaşlıq edim, ya etməyim?” Bu məsələdə Azərbaycan sülhsevər, sülhyaradıcı dövlət kimi Türkiyəyə də, İsrailə də xeyli məsləhət verib çalışar ki, müharibə olmasın, gərginlik səngisin. Təkcə Türkiyə və İsrail arasında yox, ümumilikdə bölgədə, Yaxın Şərqdə, Cənubi Qafqazda dayanıqlı sülh yaransın. Müharibə olarsa, Azərbaycan bu mövqedən çıxış edə bilər. Kiminsə tərəfində olmaq mövqeyi Azərbaycanın yolu deyil”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib.

 

Deputat bildirib ki, Türkiyə ilə İsrail arasında münasibətlər düzəlməsi arzuolunandır: “Bunun üçün isə Türkiyənin bir şərti var - İsrail işğalçılıq siyasətindən əl çəkməli, Qəzzada törətdiyi hərəkətləri dayandırmalıdır. Türkiyənin tələbi budur. Hesab edirəm, bu istiqamətdə işlər getməlidir, ABŞ-nin də mövqeyi vacibdir. Çünki hamıya məlumdur ki, Amerikanın hərtərəfli dəstəyini almasa,  İsrail o bölgədə təkbaşına həlledici güc deyil və təkbaşına heç bir hərəkət edə bilməz”.

 

Aytəkin Qardaşova

Tarix: 21 Oktyabr 2026, 11:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin