BURADA REKLAMINIZ OLA
BİLƏR

Əhalisi ən sürətlə artan türk dövləti hansıdır?

2026-cı il oktyabrın 1-nə olan məlumata görə, Özbəkistanın daimi əhalisinin sayı 39,54 milyon nəfər təşkil edib.

 

Bu barədə Özbəkistanın Milli Statistika Komitəsi məlumat yayıb.

 

Ötən ilin eyni tarixi ilə müqayisədə əhalinin sayı 692,2 min nəfər və ya 1,8 faiz artıb.

 

Ölkənin ən çox əhalisi olan inzibati-ərazi vahidi Səmərqənd vilayətidir. Burada 4,46 milyon nəfər yaşayır. İkinci yerdə 4,29 milyon nəfərlə Fərqanə vilayəti, üçüncü yerdə isə 3,8 milyon nəfərlə Daşkənd vilayəti qərarlaşıb.

 

Qaşqadərya vilayətində əhalinin sayı 3,75 milyon nəfərə, Əndican vilayətində isə 3,57 milyon nəfərə çatıb. Ölkənin paytaxtı Daşkənd şəhərində 3,28 milyon nəfər yaşayır.

 

Xatırladaq ki, Özbəkistanda doğum göstəriciləri digər türk dövlətləri (Türkiyə, Azərbaycan, Qazaxıstan, Türkmənistan və Qırğızıstan) müqayisədə daha yüksəkdir./Trend

Tarix: 21 Oktyabr 2026, 11:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin