BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib?

Azərbaycanlı çobanın Ermənistan ərazisinə keçdiyi iddia olunur.

 

Bu barədə Ermənistanın “NewsTV5” nəşri məlumat yayıb.

 

“Əldə etdiyimiz məlumata görə, həmin şəxs aşkar edilib və hazırda Berd şəhərinin hərbi polisində saxlanılır”, - məlumatda deyilir.

 

Ermənistan Müdafiə Nazirliyi yerli mediaya məsələni şərh etməyib, Milli Təhlükəsizlik Xidməti isə bu barədə məlumata malik olmadıqlarını bildirib.

 

Tavuş rayonunun icma rəhbərlərindən biri isə məsələ barədə eşitdiyini, lakin dəqiq məlumata sahib olmadığını söyləyib./Qafqazinfo

Tarix: 21 Oktyabr 2026, 12:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin