BURADA REKLAMINIZ OLA
BİLƏR

Məktəblərdə ilk tətil bu tarixdə başlayır - Neçə gün olacaq?

Ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin bu tədris ili üzrə ilk rəsmi istirahət günlərinin vaxtı müəyyənləşib.

 

Pravda.az xəbər verir ki, məktəblilər üçün builki payız tətili 16–20 noyabr tarixlərini əhatə edəcək.

 

Rəsmi qaydalara əsasən, 5 günlük payız tətili yalnız ibtidai siniflər üçün deyil, bütün 1–11-ci sinif şagirdləri, eləcə də məktəbəhazırlıq qrupları üçün keçərlidir.

 

Tətil müddəti noyabrın 20-si (cümə günü) başa çatsa da, növbəti günlər şənbə və bazara təsadüf etdiyi üçün şagirdlər məktəbə daha gec başlayacaqlar.

 

Belə ki, tətil həftəsonu günləri ilə birləşəcək və məktəblərdə ilk dərs günü 23 noyabrda (bazar ertəsi) olacaq.

 

Qeyd edək ki, ibtidai siniflər üçün nəzərdə tutulan xüsusi əlavə tətil isə ənənəvi olaraq növbəti ilin fevral ayında olacaq.

Tarix: 21 Oktyabr 2026, 13:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin