BURADA REKLAMINIZ OLA
BİLƏR

Xaricdən diri heyvan gətirmək adı ilə milyondan çox pul mənimsənildi

Külli miqdarda mənimsəmədə təqsirləndirilən "Retro Holding" MMC-nin baş mütəxəssisi vəzifəsində çalışmış Rüfət Səfiyevin cinayət işinin məhkəməsi başlayıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən ilk hazırlıq iclasında təqdirləndirilənin anket məlumatları dəqiqləşdirilib.

 

Təqsirləndirilən barədə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.

 

İşin ilk baxış iclası noyabrin 4-nə təyin edilib.

 

Qeyd edək ki, "Retro Holding"MMC-nin baş mütəxəssisi vəzifəsində çalışmış Rüfət Qalib oğlu Səfiyev 1 milyon 500 min manat məbləğində vəsaiti mənimsəməkdə ittiham olunur. İş materiallarına əsasən, həmin pul xarici ölkələrdən diri heyvanların satın alınması üçün nəzərdə tutulubmuş.

 

Cinayət işi Bakı Şəhər Baş Polis İdarəsində araşdırılaraq Rüfət Səfiyevə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.

 

Onu da qeyd edək ki, "Retro Holding" Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən diri heyvan idxalı üzrə fəaliyyət göstərir./Oxu.Az

 

Tarix: 21 Oktyabr 2026, 13:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin