BURADA REKLAMINIZ OLA
BİLƏR

Zelenski sülh sazişinə razı olduğunu açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski münaqişənin hazırkı cəbhə xətti üzrə dondurulmasını nəzərdə tutan sülh sazişini qəbul etməyə hazır olduğunu bildirib.

 

“Fox News”un jurnalistinin Ukraynanın ərazisinin 75 faizinin və ya daha çox hissəsinin Kiyevin nəzarətində qalacağı və mövcud vəziyyətin rəsmiləşdiriləcəyi belə bir razılaşmanı qəbul edib-etməyəcəyi ilə bağlı sualına Zelenski “Bəli” cavabını verib.

 

Beləliklə, Ukrayna Prezidenti hazırkı cəbhə xəttinin sülh sazişində faktiki sərhəd kimi müəyyənləşdirilməsi variantına razılıq verə biləcəyini ifadə edib./APA

Tarix: 21 Oktyabr 2026, 15:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin