BURADA REKLAMINIZ OLA
BİLƏR

Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı

"Bəzən belə hallar baş verir. Azərbaycanlı çoban asanlıqla yolu aza bilər. Eyni vəziyyət bizim tərəfimizdən də yaşana bilər. Hər iki tərəf bu cür hadisələrə konstruktiv şəkildə yanaşır".

 

Bunu Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan parlamentin iclasında deyib.

 

"Şəkidə (Zəngəzur) baş vermiş insidentə bənzər hadisələr də yaşana bilər. Burada da haqqı vermək lazımdır: yanaşmalar kifayət qədər adekvat oldu", - deyə nazir qeyd edib.

 

Mirzoyan vurğulayıb ki, reallıqda belə vəziyyətləri tamamilə istisna etmək qeyri-mümkündür. Onun sözlərinə görə, buna yalnız divar inşa etmək şərti ilə nail olmaq olar.

 

"Ümid edirəm ki, biz divarlar hörməyə başlamayacağıq, əksinə, daha çox ortaq qərarlara gələcəyik", - deyə nazir vurğulayıb./Oxu.Az

Tarix: 21 Oktyabr 2026, 16:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin