BURADA REKLAMINIZ OLA
BİLƏR

2 yaşlı autizmli uşağı kameradan kənara çəkərək döydü - VİDEO

“Brain Academy”nin Bakıxanov filialında 2 yaşlı autizm spektrli uşağa qarşı zorakılıq halı qeydə alınıb.

 

Uşağın valideynləri bu barədə “Baku.es”ə məlumat verib.

 

Şikayətçinin sözlərinə görə, sözügedən Mərkəzdə inkişafı və reabilitasiyası üçün həvalə edilən uşaq zorakılığa məruz qalıb.

 

O, zorakılıqla bağlı təhlükəsizlik kamerasının görüntülərini də təqdim edib. Videoda görünür ki, müəssisə əməkdaşı uşağı kameradan kənara çəkərək başından və üzündən vurur.

 

“Brain Academy”dən bildirilib ki, hazırda məsələyə hüquqi qiymət verilməsi gözlənilir: “Daxili araşdırmanın nəticələrinə əsasən, hər iki əməkdaş barəsində intizam tədbirləri görülüb, onlara töhmət verilib və işdən uzaqlaşdırılmaları istiqamətində tədbirlər görülür” .

 

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, autizmli uşağın döyülməsi faktı polis tərəfindən araşdırılır. Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb, hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.

 

Sözügedən görüntüləri təqdim edirik:

 

Tarix: 21 Oktyabr 2026, 18:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin