BURADA REKLAMINIZ OLA
BİLƏR

FHN baş verən güclü yanğınla bağlı məlumat yaydı: 2 və 5 yaşlı iki qardaş ölüb

Xəbər verdiyimiz kimi, Şirvan şəhərində yataqxanada yanğın baş verib.

 

Fövqəladə Hallar Nazirliyindən Pravda.az-a verilən məlumata görə, Şirvan şəhərində beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində ümumi sahəsi 12 m² olan birotaqlı mənzildə 1 ədəd divan yanıb.

 

Yanğın zamanı tüstü dolmuş mənzillərdən 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil sahibinin övladları, 2015-ci il təvəllüdlü Vəliyev Eldar Pünhan oğlu və 2018-ci il təvəllüdlü Vəliyev Araz Pünhan oğlu tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər hadisə yerinə çatana kimi qonşular tərəfindən xəstəxanaya aparılıb və hər ikisi orada vəfat edib. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Tarix: 30 Avqust 2020, 09:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin