BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Ümid etmək istərdim ki, bu prinsipi təkcə Emin Milli deyil, digər radikal müxalifyönlülər də qəbul edəcəklər...”

“Prezidentinin köməkçisi Hikmət Hacıyevin Almaniyada yaşayan ictimai fəal Emin Milli ilə görüşməsi göstərdi ki, Azərbaycan hər bir azərbaycanlının vətənidir. Azərbaycanın milli maraqları, suverenliyin qorunması, ölkəmizin daha da güclənməsi siyasi mövqeyindən asılı olmayaraq hər bir azərbaycanlının məqsədi olmalıdır. Bu məsələdə Azərbaycan dövlətinin qapıları açıqdır. Əməkdaşlıq etməyə hazırıq”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə deyib.

 

Deputat vurğulayıb ki, heç də hamıdan iqtidar partiyasının və ya iqtidarın siyasətini dəstəklənməsi tələb olunmur: “Fərqli münasibət ola bilər, tənqid və ya təklif edilə bilər, ümumiyyətlə, qəbul edilməyə də bilər. Lakin dövlətin vətəndaşı olmaq, xalqın, millətin maraqları üçün hərəkət etmək hər birimizin vəzifəsidir. Emin Milli uzun müddət Azərbaycana qarşı xaricdə mübarizə aparan informasiya resursunun rəhbəri olub. Buna baxmayaraq, onun Azərbaycana gələrək iqtidarın tanınmış simalarından biri ilə görüşü göstərir ki, milli birlik, Azərbaycan üçün ümumi çalışqanlıq bizim həm devizimiz, həm də fəaliyyətimiz olmalıdır. Ümid etmək istərdim ki, bu prinsipi təkcə Emin Milli deyil, digər radikal müxalifyönlülər də qəbul edəcəklər”.

 

Aytəkin Qardaşova

Tarix: 22 Oktyabr 2026, 09:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin