Azərbaycan Mərkəzi Bankının əsas hədəfi İslam maliyyəsini ənənəvi maliyyə sisteminə rəqib, onu tamamlayan və ya ondan təcrid olunmuş bir model kimi deyil, ölkəmizin maliyyə sektorunun imkanlarını genişləndirən, real iqtisadiyyatla əlaqəni gücləndirən bir istiqamət kimi inkişaf etdirməkdir.
Pravda.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə 3-cü İslam Maliyyə Forumunda deyib.
O bildirib ki, Mərkəzi Bank bu məqsədə nail olmaq üçün 4 əsas prioritet üzrə öz fəaliyyətini davam etdirir: “Bunlardan birincisi müvafiq qaydaların və hüquqi çərçivənin yaradılmasıdır. Artıq Mərkəzi Bank tərəfindən İslam maliyyəsinin baza prinsiplərini özündə əks etdirən, 3-ü aktiv və 2-si öhdəlik olmaqla 5 əsas məhsulu özündə ehtiva edən qanunvericilik paketi hazırlanıb hökumətə göndərilib. Məqsədimiz burada bazar iştirakçıları üçün aydın olan qaydaları yaratmaq, hüququn müəyyənliyini təmin etmək, risklərin idarə olunması üçün müvafiq əsasları formalaşdırmaq və istehlakçıların hüquqlarını qorumaqdan ibarətdir. Hesab edirik ki, dayanıqlı bazarın formalaşdırılması üçün ən əsas amil doğru, proqnozlaşdırılabilən və şəffaf qanunvericilik mühitinin formalaşdırılmasından ibarətdir. İkinci prioritet ənənəvi bankçılıqla rəqabət neytrallığının təmin olunmasından ibarətdir. Belə ki, İslam maliyyəsinin inkişafı üçün eyni iqtisadi mahiyyəti daşıyan əməliyyatların yalnız hüquqi və müqavilə formasının fərqliliyinə görə fərqli vergi və ya rüsumlara cəlb edilməsini doğru hesab etmirik. Bu səbəbdən vergi və rüsum neytrallığı, müvafiq hüquq prosedurlarının uyğunlaşdırılması və İslam maliyyəsi məhsullarının mövcud maliyyə infrastrukturu ilə uzlaşdırılması xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, əmanətlərin və depozitlərin sığortalanması mexanizmi inteqrasiya vacib şərtlərdən biridir. Burada məqsəd İslam maliyyəsi məhsullarının xüsusiyyətlərini nəzərə alan, hüquqi baxımdan aydın və maliyyə sabitliyinə xidmət edən mexanizmin formalaşdırılmasıdır”.
Şahin Mahmudzadə qeyd edib ki, üçüncüsü ilkin bazarlarda ən əsas prioritetlərdən biridir: “Bu istiqamətdə İnsan kapitalının inkişafı və maliyyə savadlılığının artırılmasıdır. Belə ki, İslam maliyyəsi yeni bilik və bacarıqlar tələb edir. Burada məsələ ancaq İslam bank işindən deyil, eyni zamanda, İslam hüququ, mühasibatlığı, maliyyə üzrə risklərin idarə edilməsi üzrə kadr bacarıqlarının artırılmasından keçir. Buna görə də təhsil müəssisələri, peşəkar birliklər, maliyyə institutları və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində kadr hazırlığının gücləndirilməsi əhəmiyyətli prioritetlərdən biridir. Dördüncü prioritet isə İslamın bazar infrastrukturu və maliyyə sisteminin yaradılmasıdır. Yalnız İslam bank sisteminin inkişafı ilə uzunmüddətli bir dayanıqlılığa nail ola bilmərik. Buna görə də əlavə kapital bazarı alətlərinin formalaşdırılması, eləcə də sukuk, təkaful kimi məhsulların formalaşdırılması uzunmüddətli inkişaf üçün əsasdır. Bu istiqamətlərin ümumi inkişafı iqtisadiyyatda uzunmüddətli investisiyaların cəlb edilməsinə, maliyyə mənbələrinin inkişaf etdirilməsinə və real sektorda maliyyə sektoru arasında əlaqənin daha da gücləndirilməsinə töhfə verə bilər. Əlbəttə, bu proses mərhələli aparılmalı, bazarın hazırlıq səviyyəsi, tələbi və hüquqi imkanları və riskləri nəzərə alınmalıdır. İslam maliyyəsinin inkişafı bir qurumun və ya dövlətin səyləri ilə mümkün deyil. Bu, dövlət orqanlarının, maliyyə institutlarının, investorların, akademiklərin, beynəlxalq tərəfdaşların birgə fəaliyyətinin ümumi nəticəsi ola bilər. Mərkəzi Bank olaraq məqsədimiz və vəzifəmiz bazarın inkişafı üçün zəruri hüquqi və tənzimləyici şəraitin yaradılması, sağlam rəqabətin formalaşdırılmasından ibarətdir”, - deyə Ş.Mahmudzadə əlavə edib.
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
22 Oktyabr 08:09
22 Oktyabr 08:03
22 Oktyabr 08:00
22 Oktyabr 07:47
22 Oktyabr 06:42
22 Oktyabr 06:40
22 Oktyabr 03:59
21 Oktyabr 23:41
21 Oktyabr 21:58
21 Oktyabr 21:29
21 Oktyabr 21:27
21 Oktyabr 20:48
21 Oktyabr 19:58
21 Oktyabr 19:57
21 Oktyabr 19:43
21 Oktyabr 19:01
21 Oktyabr 18:59
21 Oktyabr 18:55
21 Oktyabr 18:49
21 Oktyabr 18:45
21 Oktyabr 18:43
21 Oktyabr 18:41
21 Oktyabr 18:37
21 Oktyabr 18:35
21 Oktyabr 18:28
21 Oktyabr 18:27
21 Oktyabr 18:21
21 Oktyabr 18:06
21 Oktyabr 18:01
21 Oktyabr 17:53
21 Oktyabr 17:50
21 Oktyabr 17:47
21 Oktyabr 17:36
21 Oktyabr 17:31
21 Oktyabr 17:17
21 Oktyabr 17:15
21 Oktyabr 17:12
21 Oktyabr 17:10
21 Oktyabr 17:07
21 Oktyabr 16:59
21 Oktyabr 16:51
21 Oktyabr 16:46
21 Oktyabr 16:42
21 Oktyabr 16:34
21 Oktyabr 16:33
21 Oktyabr 16:27
21 Oktyabr 16:15
21 Oktyabr 16:12
21 Oktyabr 15:57
21 Oktyabr 15:55
21 Oktyabr 15:45
21 Oktyabr 15:36
21 Oktyabr 15:35
21 Oktyabr 15:21
21 Oktyabr 15:11
21 Oktyabr 15:01
21 Oktyabr 14:56
21 Oktyabr 14:55
21 Oktyabr 14:53
21 Oktyabr 14:49
21 Oktyabr 14:43
21 Oktyabr 14:37
21 Oktyabr 14:27
21 Oktyabr 14:25
21 Oktyabr 14:17
21 Oktyabr 14:07
21 Oktyabr 13:55
21 Oktyabr 13:53
21 Oktyabr 13:52
21 Oktyabr 13:50
21 Oktyabr 13:41
21 Oktyabr 13:36
21 Oktyabr 13:22
21 Oktyabr 13:18
21 Oktyabr 13:14
21 Oktyabr 12:54
21 Oktyabr 12:45
21 Oktyabr 12:40
21 Oktyabr 12:31
21 Oktyabr 12:28
21 Oktyabr 12:23
21 Oktyabr 12:20
21 Oktyabr 12:17
21 Oktyabr 12:14
21 Oktyabr 12:10
21 Oktyabr 12:08
21 Oktyabr 12:05
21 Oktyabr 12:01
21 Oktyabr 11:51
21 Oktyabr 11:48
21 Oktyabr 11:40
21 Oktyabr 11:34
21 Oktyabr 11:33
21 Oktyabr 11:25
21 Oktyabr 11:24
21 Oktyabr 11:18
21 Oktyabr 11:13
21 Oktyabr 11:09
21 Oktyabr 11:04
21 Oktyabr 11:02
21 Oktyabr 10:55
21 Oktyabr 10:52
21 Oktyabr 10:41
Ən son xəbərləri səhifəmizdən də izləyin