BURADA REKLAMINIZ OLA
BİLƏR

Mühasibat uçotunun elektronlaşdırılmasında yeni qaydalar

"2026-cı ilin sonunadək 2 milyona yaxın inventar vahidi elektron qaydada qeydiyyata alınacaq".

 

Bunu maliyyə naziri Sahil Babayev "Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ" adlı konfransda qeyd edib.

 

"Cari ilin avqust ayından "e-mühasibat" altsistemi vasitəsilə mühasibat uçotunun və maliyyə hesabatlılığının elektronlaşdırılmasına başlanılıb. İlkin mərhələdə 261 dövlət qurumunun nümayəndələri üçün təlimlər keçirilib. 2026-cı ilin sonunadək 1-2 milyon inventar vahidinin elektron qeydiyyata alınması, 2027-ci ildən büdcədən maliyyələşən bütün təşkilatların mərhələli şəkildə GRP modelinə inteqrasiyası, 2028-ci ilin büdcə layihəsinin isə təxminən 60 faizinin mövcud məlumatlar əsasında avtomatlaşdırılmış qaydada formalaşdırılması hədəflənir", - deyə nazir qeyd edib./Oxu.Az

Tarix: 22 Oktyabr 2026, 10:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin