Böyük Britaniya Kralı III Çarlz Oman Sultanı Heytəm bin Tariq əs-Səidin şərəfinə təşkil olunan ziyafətdə Məhəmməd peyğəmbərin Oman xalqı barədə hədisini ərəb dilində səsləndirib.
Bu barədə "Haber Global" məlumat yayıb.
London yaxınlığındakı Vindzor qəsrində təşkil edilən təntənəli şam yeməyində kral Hörmüz boğazı və iqlim dəyişikliyi məsələlərinə də toxunub.
Böyük Britaniya və Oman münasibətlərinin 200 ildən çox tarixə dayandığını qeyd edən III Çarlz hələ XVII əsrdə ingilis və omanlı dənizçilərin başlatdığı əməkdaşlıqdan bəhs edib. Omanın müasir dövrdə də Britaniyanın regiondakı əsas tərəfdaşlarından biri kimi qaldığını vurğulayan kral, hər iki dövlətin bütün istiqamətlərdə sıx həmrəylik nümayiş etdirdiyini bildirib.
Oman sultanının liderlik xüsusiyyətlərini də yüksək qiymətləndirən kral sözügedən ərəb ölkəsinin bölgədəki həlledici mövqeyinə də toxunub:
"Münaqişələr regiona təsir etdiyi zaman Omanın dünyanın ən mühüm dəniz ticarəti marşrutunu - Hörmüz boğazını açıq saxlamaq məqsədilə nümayiş etdirdiyi müstəsna səylər, başda ən həssas təbəqələr olmaqla, bütövlükdə beynəlxalq ictimaiyyətə göstərilən dəyərli bir xidmət idi".
Omanın Körfəz regionunda yürütdüyü konstruktiv neytrallıq siyasətinin dərin hörmətə layiq olduğunu bildirən Britaniya kralı çıxışında yaddaqalan bir addım atıb. O, Məhəmməd peyğəmbərin ərəb qəbilələrindən biri tərəfindən təhqir edilən elçisinə söylədiyi "Əgər sən Oman xalqının yanına getsəydin, onlar səni nə təhqir edər, nə də döyərdilər" hədisini şəxsən ərəb dilində söyləyib.
Kral gələcəyin qlobal təhlükələri və imkanları barədə də ciddi mesajlar verib:
"İqlim dəyişikliyi vəliəhdlərimizə miras qalacaq quru və dəniz ərazilərini dəyişdirməyə çalışır. Süni intellekt uzaqgörənlik və ağıl olmadan həm ümid, həm də təhlükə vəd edir. Resurslara çıxış uğrunda gedən rəqabət isə beynəlxalq nizamı sınağa çəkir"./Oxu.Az
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
22 Oktyabr 08:09
22 Oktyabr 08:03
22 Oktyabr 08:00
22 Oktyabr 07:47
22 Oktyabr 06:42
22 Oktyabr 06:40
22 Oktyabr 03:59
21 Oktyabr 23:41
21 Oktyabr 21:58
21 Oktyabr 21:29
21 Oktyabr 21:27
21 Oktyabr 20:48
21 Oktyabr 19:58
21 Oktyabr 19:57
21 Oktyabr 19:43
21 Oktyabr 19:01
21 Oktyabr 18:59
21 Oktyabr 18:55
21 Oktyabr 18:49
21 Oktyabr 18:45
21 Oktyabr 18:43
21 Oktyabr 18:41
21 Oktyabr 18:37
21 Oktyabr 18:35
21 Oktyabr 18:28
21 Oktyabr 18:27
21 Oktyabr 18:21
21 Oktyabr 18:06
21 Oktyabr 18:01
21 Oktyabr 17:53
21 Oktyabr 17:50
21 Oktyabr 17:47
21 Oktyabr 17:36
21 Oktyabr 17:31
21 Oktyabr 17:17
21 Oktyabr 17:15
21 Oktyabr 17:12
21 Oktyabr 17:10
21 Oktyabr 17:07
21 Oktyabr 16:59
21 Oktyabr 16:51
21 Oktyabr 16:46
21 Oktyabr 16:42
21 Oktyabr 16:34
21 Oktyabr 16:33
21 Oktyabr 16:27
21 Oktyabr 16:15
21 Oktyabr 16:12
21 Oktyabr 15:57
21 Oktyabr 15:55
21 Oktyabr 15:45
21 Oktyabr 15:36
21 Oktyabr 15:35
21 Oktyabr 15:21
21 Oktyabr 15:11
21 Oktyabr 15:01
21 Oktyabr 14:56
21 Oktyabr 14:55
21 Oktyabr 14:53
21 Oktyabr 14:49
21 Oktyabr 14:43
21 Oktyabr 14:37
21 Oktyabr 14:27
21 Oktyabr 14:25
21 Oktyabr 14:17
21 Oktyabr 14:07
21 Oktyabr 13:55
21 Oktyabr 13:53
21 Oktyabr 13:52
21 Oktyabr 13:50
21 Oktyabr 13:41
21 Oktyabr 13:36
21 Oktyabr 13:22
21 Oktyabr 13:18
21 Oktyabr 13:14
21 Oktyabr 12:54
21 Oktyabr 12:45
21 Oktyabr 12:40
21 Oktyabr 12:31
21 Oktyabr 12:28
21 Oktyabr 12:23
21 Oktyabr 12:20
21 Oktyabr 12:17
21 Oktyabr 12:14
21 Oktyabr 12:10
21 Oktyabr 12:08
21 Oktyabr 12:05
21 Oktyabr 12:01
21 Oktyabr 11:51
21 Oktyabr 11:48
21 Oktyabr 11:40
21 Oktyabr 11:34
21 Oktyabr 11:33
21 Oktyabr 11:25
21 Oktyabr 11:24
21 Oktyabr 11:18
21 Oktyabr 11:13
21 Oktyabr 11:09
21 Oktyabr 11:04
21 Oktyabr 11:02
21 Oktyabr 10:55
21 Oktyabr 10:52
21 Oktyabr 10:41
21 Oktyabr 10:37
Ən son xəbərləri səhifəmizdən də izləyin