BURADA REKLAMINIZ OLA
BİLƏR

Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – “Böhran başlayıb”

Son zamanlar bir sıra bankların fəaliyyətində geriləmə müşahidə edilir. Belə ki, mənfəətləri kəskin azalır və ya bağlanma təhlükəsi yaşayırlar.

 

Bəs hazırda hansı bankların bağlanma təhlükəsi mövcuddur?

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən iqtisadçı Əkrəm Həsənovun sözlərinə görə, bağlanma riski olan banklar bu gün üçün yoxdur.

Əkrəm Həsənov: “ABŞ-İsrail həmləsi qarşısında Rusiya və Türkiyənin duruş  gətirməsi bizim üçün olduqca vacibdir” Pravda.az

Ə.Həsənov deyib ki, bankların vəziyyətinin pisləşməsi isə faktdır: “Bunun bir neçə səbəbi var. Ölkədə iqtisadi böhrandır. Bunu artıq Azərbaycan hökuməti də etiraf edib ki, artım yoxdur. İqtisadiyyat artmır, ancaq qiymətlər yüksəlir. Bu o deməkdir ki, iqtisadiyyat faktiki olaraq geriləyir. Böhran şəraitində təbii ki, problemli kreditlər artır. Bu da bankların fəaliyyətinə mənfi təsir göstərir. Getdikdə böyük banklar daha da böyüyür, kiçik və orta banklar isə zəifləyir. Belə şəraitdə təbii ki, kiçik və orta bankların sahibləri üçün həmin bankı saxlamaq artıq sərf etmir, uyğun olmur. Söhbət onların bağlanmasından getmir, ancaq sərf etmir. Buna görə də banklar bağlanmır, amma məsələn, “Bank BTB”  bank olmayan kredit təşkilatına çevrildi, “Access bank” “Bank Respublika”ya qoşulur. Bu minvalla böyük ehtimalla banklar bağlanmayacaq, lakin birləşmə və ya qoşulma halları artacaq, getdikcə isə bankların sayı azalacaq”.

 

İqtisadçı qeyd edib ki, problemlər böyük banklardadır: “Böyük banklar bizim elə ən səmərəsiz banklarımızdır. Çünki o qədər böyükdülər ki, müştəri bazasını, bu qədər əməliyyat həcmini həzm edə bilmirlər. Özlərindən çox razı olduqları üçün inkişaf üçün stimul yoxdur. İdarəetmələri bərbad vəziyyətdədir. Buna görə də o bankların səviyyəsi də yaxşı deyil, infrastruktur layihələrə xeyli vəsaitlər qoyub kredit veriblər. Onların da aqibəti bilinmir, çünki səmərəsiz bizneslərə qoyublar. Həmin bizneslərin də səmərəsi aşağıdır. Buna görə də ölkə iqtisadiyyatında böhrandırsa, təbii ki, bank sistemində də böhran gözlənilirdi və bu proses artıq başlayıb”.

 

Şəhanə Qədirli

Tarix: 22 Oktyabr 2026, 12:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin