BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda kənd təsərrüfatında 100% elekrik maşınlarına keçid hədəfi qoyulub

Azərbaycanda kənd təsərrüfatında 100% elekrik maşınlarına keçid hədəfi qoyulub.

 

Bu, “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” sənədində əksini tapıb.

 

Sənədə əsasən, kənd təsərrüfatı, meşəçilik və torpaqdan digər istifadə (KTMTİ) sahələrində 2035-ci ilədək ənənəvi daxili yanma mühərrikli (DYM) maşınlardan elektrik maşınlarına keçidin sürətləndirilməsi nəzərdə tutulur. 2060-ci ilədək isə ənənəvi DYM maşınlarından elektrik maşınlarına keçidi daha da sürətləndirmək və bu altsektordan tam (100%) elektrikləşdirməyə və tullantıların tam azaldılmasına nail olmaq planlaşdırılıb./APA

Tarix: 22 Oktyabr 2026, 12:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin