BURADA REKLAMINIZ OLA
BİLƏR

Yardımlının yeni icra başçısı kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Yardımlı Rayon İcra Hakimiyyətinə yeni icra başçısı təyin olunub.

 

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

 

Sərəncama əsasən, Orxan Fərmayıl oğlu Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

 

Yeni icra başçısının dosyesini təqdim edirik:

 

Orxan Məmmədov 1989-cu ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət İqtisad Universitetində və Bakı Dövlət Universitetində hüquqşünaslıq üzrə ali təhsil alıb. Həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistratura pilləsində təhsilini davam etdirib.

 

Bu təyinata qədər Yasamal Rayon İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb. Orxan Məmmədov, 2025-ci ilin mart ayına qədər Yasamal Rayon İcra Hakimiyyəti başçısı Aparatının hüquq şöbəsinin müdiri vəzifəsində işləyib.

 

4 mart 2025-ci il tarixində Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib.

 

22 oktyabr 2026-cı ildə isə Prezident İlham Əliyevin Sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub./Oxu.Az

Tarix: 22 Oktyabr 2026, 13:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin