BURADA REKLAMINIZ OLA
BİLƏR

Vüsal Aslanov özünə 2 yeni müşavir təyin etdi

“Bakı Metropoliteni” QSC-nin İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müşavirlər təyin olunub.

 

Bununla bağlı müvafiq əmrlər imzalanıb.

 

Əmrlə İlham Axundov və Kənan Cəfərov QSC sədrin müşaviri vəzifəsinə gətiriliblər.

 

Qeyd edək ki, İ. Axundov 2015-2017-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin təhlükəsizlik departamentinin direktoru, 2020–2021-ci illərdə “Azərbaycan Hava Yolları” QSC-nin təhlükəsizlik departamentinin direktor müavini vəzifələrini icra edib. 2021-ci ildə “Baku Steel Company” MMC-də ümumi işlər üzrə İdarə Heyəti sədrinin müavini, 2022–2023-cü illərdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də, 2023–2026-cı illərdə isə “Azərbaycan Dəmir Yolları” QSC-də sədrin müşaviri olub.

 

K. Cəfərov isə 2015-2022-ci illərdə “Azərbaycan Dəmir Yolları” ASC-də mühasib, aparıcı iqtisadçı, Maliyyə şöbəsinin rəis müavini, Maliyyə şöbəsinin rəisi, Tikintiyə nəzarət şöbəsinin rəisi və Tikintiyə nəzarət idarəsinin rəis müavini vəzifələrini icra edib. 2024-2026-cı illərdə “Vadi Baku” QSC-nin icraçı direktoru olub.

 

Onu da qeyd edək ki, son təyinatlarla “Bakı Metropoliteni” QSC-nin İdarə Heyətinin sədrinin müşavirlərinin sayı 7-yə çatıb./Ölkə.az

Tarix: 22 Oktyabr 2026, 14:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin