BURADA REKLAMINIZ OLA
BİLƏR

Arif Mərdanov bu qurumun icraçı direktoru oldu

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan İri Şəhərlərin Su Təchizatı Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib.

 

Bu barədə ADSEA məlumat yayıb.

 

Bildirilib ki, iclasda Prezident İlham Əliyevin sərəncamı ilə İri Şəhərlərin Su Təchizatının publik hüquqi şəxsdən qapalı səhmdar cəmiyyətinə çevrilməsi prosesinin müvafiq qaydalara uyğun həyata keçirilməsi, eləcə də bu dəyişikliyin idarəetmənin təkmilləşdirilməsinə və fəaliyyətin daha səmərəli təşkilinə təsiri müzakirə olunub.

 

İclasda İri Şəhərlərin Su Təchizatı QSC-nin yeni icraçı direktoru müəyyənləşib. Müşahidə Şurasının qərarına əsasən, Arif Fərman oğlu Mərdanov ADSEA-nın tabeliyindəki İri Şəhərlərin Su Təchizatı QSC-nin icraçı direktoru təyin edilib.

 

Arif Fərman oğlu Mərdanov 1970-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutu, Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. "Azərsu" ASC-də rəhbər vəzifədə çalışıb, "Su təchizatı və tullantı suları haqqında" Qanunun hazırlanmasında ekspert qrupunun üzvü olub. SOCAR-da idarə rəisi vəzifəsində çalışıb. Müxtəlif zamanlarda Metropoliten İşçiləri Həmkarlar İttifaqı, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı birliklərinin sədri olub. TƏBİB-in Müşahidə Şurasının üzvü seçilib. Azərbaycan Prezidentinin Sərəncamına əsasən, "Tərəqqi" medalına layiq görülüb. Ailəlidir, 3 övladı var.

Tarix: 22 Oktyabr 2026, 14:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin