BURADA REKLAMINIZ OLA
BİLƏR

Xəstəxanada olan Zaur Rzayevdən xəbər var

Artıq 8 gündür ki, xəstəxanada müalicə alan Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır.

 

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

 

Bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilən 74 yaşlı sənətçinin vəziyyəti ağır qiymətləndirilir.

 

Qeyd edək ki, bir müddətdir səhhəti ilə bağlı problemlər yaşayan Z.Rzayevə qaraciyər sirrozu, assit və toksiki ensefalopatiya diaqnozları qoyulub. Daha öncə də dəfələrlə klinikaya yerləşdirilən sənətçinin sonuncu dəfə oktyabrın 14-də vəziyyəti pisləşdiyi üçün yenidən xəstəxanaya aparılıb. /Qafqazinfo

Tarix: 22 Oktyabr 2026, 16:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin