BURADA REKLAMINIZ OLA
BİLƏR

“Sabah”ın baş məşqçisi: “Əli və Nino” romanını oxusunlar - FOTO

XII Bakı Beynəlxalq Kitab Sərgisi kitabsevərlər üçün olduqca maraqlı və əlamətdar tədbirdir. Azərbaycanda belə bir sərginin təşkil olunması, çoxsaylı ziyarətçilərin iştirakı və müxtəlif nəşrlərin nümayiş etdirilməsi məndə xoş təəssürat yaradıb. Kitablara hər zaman böyük maraq göstərən biri kimi burada olmaq, insanlarla ünsiyyət qurmaq, sərginin ab-havasını hiss etmək və təqdim olunan nəşrlərlə tanış olmaq mənim üçün xüsusi əhəmiyyət daşıyır.

 

Bunu AZƏRTAC-a açıqlamasında “Sabah” futbol klubunun baş məşqçisi Valdas Dambrauskas deyib.

 

Kitabların və mütaliənin şəxsi həyatında, eləcə də peşəkar fəaliyyətindəki rolundan danışan baş məşqçi bunun onun həyatının ayrılmaz hissəsi olduğunu bildirib: “Dörd-beş yaşımda oxumağı öyrəndiyim vaxtdan kitablara böyük marağım olub. Uşaqlıq illərimdən mütaliəni sevmişəm və kitablar hər zaman mənim ən yaxın yol yoldaşlarımdan birinə çevrilib. Hesab edirəm ki, mütaliə insanın dünyagörüşünün genişlənməsində, bilik və bacarıqlarının inkişafında mühüm rol oynayır. Kitablar şəxsi inkişafımda, təhsilimdə və peşəkar karyeramın formalaşmasında fundamental əhəmiyyət daşıyıb”.

 

Sonda mütəxəssis oxuculara Qurban Səidin “Əli və Nino” romanını oxumağı tövsiyə edib.

 

Fotoları təqdim edirik
Tarix: 22 Oktyabr 2026, 17:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin