BURADA REKLAMINIZ OLA
BİLƏR

Klinton: “Qızım məni Quran oxumağa təşviq etdi”

Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Bill Klinton İslam dini və müsəlmanlara qarşı tətbiq olunan ön mühakimələri sərt şəkildə tənqid edərək diqqətçəkən bəyanatla çıxış edib.

 

Sabiq dövlət başçısı dini mənsubiyyətinə görə insanların hədəf alınmasından təəssüf hissi keçirdiyini vurğulayıb:

 

"Sadəcə müsəlman olduqları üçün onları pisləyən insanlardan bezmişəm. Qızımın 15 yaşı olanda o, Quranı başdan-sona oxudu. O, məni də onu oxumağa təşviq etdi”.

 

Müsəlmanlar haqqında formalaşdırılan mənfi rəylərə qarşı çıxan Klinton, həmçinin insanları dini fərqliliklərə hörmətlə yanaşmağa və qarşılıqlı anlamağa çağırıb./Yeni Sabah

Tarix: 22 Oktyabr 2026, 17:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin