BURADA REKLAMINIZ OLA
BİLƏR

Sədr vəzifəsindən çıxarılan şəxs keçmiş deputatın qardaşıdır

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki "Regional Su Meliorasiya" QSC-nin sədri vəzifəsindən çıxarılan Zakir Quliyev Milli Məclisin keçmiş deputatı Elçin Quliyevin qardaşıdır.

 

Pravda.az Ölkə.az-a istinadən xəbər verir ki, E.Quliyev həmçinin hakim Yeni Azərbaycan Partiyasının (YAP) funksioneridir.

 

O, hazırda partiyanın Nərimanov rayon təşkilatının sədridir.

 

Qeyd edək ki, E.Quliyev 2015-2019-cu illərdə Milli Məclisə keçirilmiş seçkilərdə 63 saylı Sabirabad şəhər birinci seçki dairəsindən V çağırış deputatı seçilib.

 

Xatırladaq ki, Z.Quliyev QSC sədri vəzifəsindən çıxarıldıqdan sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun müşaviri təyin olunub.

 

O, 2006-2024-cü illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini vəzifəsində fəaliyyət göstərib. 2024-cü ildən isə "Regional Su Meliorasiya Xidməti" publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsini icra edib.

Tarix: 22 Oktyabr 2026, 18:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin