BURADA REKLAMINIZ OLA
BİLƏR

"Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb"

Həm Rusiya, həm də Ukrayna danışıqlar masasına oturmağa razıdır.

 

Bunu ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens jurnalistlərin suallarını cavablandırarkən deyib.

 

Vens ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun danışıqları canlandırmağa nail olduğunu bildirib.

 

ABŞ-ın Vitse-prezidenti qeyd edib ki, Uitkoff Ukrayna və Rusiya ilə danışıqların nəticələrindən nikbindir.

 

“Düşünürəm ki, hər iki ölkə danışıqlar masasına oturmağa razılaşıb”, – Vens vurğulayıb./APA

Tarix: 22 Oktyabr 2026, 18:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin