BURADA REKLAMINIZ OLA
BİLƏR

Autizmli uşağa zorakılıq edən müəllim üzr istədi - VİDEO

“Brain Academy”nin Bakıxanov filialında 2 yaşlı autizm spektrli uşağa qarşı zorakılıq tətbiq edən müəllim üzr istəyib.

 

Bu barədə “Brain Academy”nin səhifəsində paylaşım edilib.

 

“Baş verən hadisəyə görə, uşağımızdan, ailəsindən və hər kəsdən üzr istəyirəm. Bilirəm, müəllim olaraq etdiyim hərəkət çox pisdir. Uşaqlara sevgi və anlayış göstərmək əvəzinə narahatlıq yaratdım. Etdiyim hərəkətdən çox peşmanam. Sözlərim olanları dəyişməyəcək, amma səmimi qəlbdən üzr istəyirəm”, - deyə o qeyd edib.

Tarix: 23 Oktyabr 2026, 00:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin