BURADA REKLAMINIZ OLA
BİLƏR

Anasının sevgilisini bıçaqlayan şəxsə cəza verildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən İsrafil Rəfiyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası keçirilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

 

İttihama görə, hadisə 2025-ci ildə saat 06 radələrində Göygöl şəhərində baş verib.

 

Belə ki, uzun müddət Bakı şəhərində işləyən İsrafil RəfiyevGöygöl şəhərində yerləşən ata evinə gəlib. O, evin həyətinə daxil olarkən anası ilə sevgi münasibətlərinin olması səbəbindən əvvəlcədən ədavətli olduğu zərərçəkmiş Ömər Nağızadəni (adı, soyadı şərtidir) orada görüb.

 

Bu zaman tərəflər arasında qısqanclıq zəminində mübahisə yaranıb. Mübahisə zamanı təqsirləndirilən şəxs əlində olan turist bıçağı ilə zərərçəkmiş şəxsə ardıcıl olaraq dörd dəfə qəsdən zərbə endirib.

 

Bıçaq zərbələri nəticəsində zərərçəkmiş şəxsin sağ əlinin beşinci barmağında səthi yara, döş qəfəsinin ön səthində, sağ tərəfdə döş boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yara, eləcə də döş qəfəsinin sol yan səthində, arxa qoltuqaltı xətt üzrə V–VI qabırğalar səviyyəsində yumşaq toxumaların zədələnməsi ilə müşayiət olunan daha bir deşilmiş-kəsilmiş yara yaranıb.

 

Hadisədən sonra İsrafil Rəfiyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 23 Oktyabr 2026, 08:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin