BURADA REKLAMINIZ OLA
BİLƏR

Hövsanda tikiləcək binalardan mənzil satışı adı ilə 385 min manatlıq dələduzluq – MƏHKƏMƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Kamran Balayevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası keçirilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 6 il müddətə azadlıqdan məhrum edilib.

 

İş materiallarına görə, Kamran Balayev tanışı olan zərərçəkmiş Davud Niyazovun (adı, soyadı şərtidir) etibarından sui-istifadə edərək onun qaynı tərəfində Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsində inşa ediləcək binalardan mənzillərin satışı vasitəsilə gəlir əldə etmək üçün əvvəlcədən pul yatırılmasının vacib olduğunu, yatırılan vəsaitdən qazanc götürə biləcəklərini bildirib.

 

İttiham aktında qeyd olunub ki, təqsirləndirilən şəxs əvvəlcədən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək və aldığı pulları qaytarmaq niyyətində olmayıb. Buna baxmayaraq, zərərçəkmişi aldadaraq ondan müxtəlif vaxtlarda külli miqdarda nağd pul alıb.

 

Belə ki, Kamran Balayev 2021-ci ildə saat 16 radələrində paytaxt ərazisində yerləşən notariat ofislərinin birinin qarşısında tanışı olan Davud Niyazovdan 200 000 manat nağd pul alıb. Həmin məbləğin mənzil satışından gəlir əldə etmək məqsədilə yatırılacağı vəd edilsə də, təqsirləndirilən şəxs cinayət təqibi başlanana qədər pulun yalnız 60 000 manatını geri qaytarıb. Qalan 140 000 manatın qaytarılmadığı və Kamran Balayev tərəfindən ələ keçirildiyi bildirilir.

 

İttihamda göstərilib ki, təqsirləndirilən şəxs daha sonra Davud Niyazovun qayınatası, zərərçəkmiş Rauf İmranovun (adı, soyadı şərtidir) da etibarından sui-istifadə edərək eyni üsulla pul əldə edib. O, zərərçəkmiş şəxsə Hövsan qəsəbəsində tikiləcək binalardan mənzillərin satışına vəsait yatırmaqla qazanc götürə biləcəyini vəd edib.

 

Bu məqsədlə 2021-ci ilin iyul ayında 85 000 manat, həmin ilin avqust ayının əvvəllərində isə daha 15 000 manat alıb.

 

Bundan başqa, 2021-ci ildə başqa bir tarixdə 135 000 manat, daha sonra isə Xətai rayonu, S. Vəzirov küçəsi 22 ünvanında zərərçəkmiş şəxsin digər zərərçəkmiş vasitəsilə təqdim etdiyi 20 000 manat nağd pul vəsaitini əldə edib.

 

Beləliklə, Kamran Rauf İmranovdan müxtəlif vaxtlarda ümumilikdə 255 000 manat alınıb. Təqsirləndirilən şəxs həmin məbləğin yalnız 10 000 manatını cinayət təqibi başlanana qədər geri qaytarıb. Qalan 245 000 manatın isə ələ keçirildiyi bildirilir.

 

Kamal Məmmədov

 

Tarix: 23 Oktyabr 2026, 08:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin