BURADA REKLAMINIZ OLA
BİLƏR

Gələn il Naxçıvana dotasiyanın azaldılması nəzərdə tutulur

 2027-ci ildə dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə 198 milyon manat dotasiya ayrılması nəzərdə tutulur.

 

Pravda.az xəbər verir ki bu, “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

 

2026-cı ilin dövlət büdcəsində bu məbləğ 211 milyon 628 min manat müəyyən edilib. Beləliklə, gələn il dotasiyanın 13 milyon 628 min manat və ya 6,4% azaldılması planlaşdırılır.

Tarix: 23 Oktyabr 2026, 10:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin