BURADA REKLAMINIZ OLA
BİLƏR

Milli Qəhrəman Ehtiram Əliyevin vəziyyəti ağırdır

Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev ağır vəziyyətdə “Yeni Klinika”ya yerləşdirilib.

 

Bu barədə Milli Qəhrəmanları Tanıtma İctimai Birliyindən bildirilib.

 

“Yeni Klinika”ya yerləşdiriləndən sonra vəziyyəti daha da ağırlaşan Milli Qəhrəman Reanimasiya şöbəsinə köçürülüb.

 

Komaya düşən Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyevin son durumu açıqlanıb.

 

TƏBİB-dən bildirilib ki, 1972-ci il təvəllüdlü şəxs (kişi) oktyabrın 18-də saat 13:40 radələrində Yeni Klinikanın Reanimasiya şöbəsinə yerləşdirilib.

 

Məlumata görə, hazırda onun müalicəsi davam etdirilir.

 

“Vəziyyəti kritik ağır qiymətləndirilir”, - TƏBİB-dən qeyd olunub.

 

Yaxınları bildirib ki, Milli Qəhrəman mədə xəstəliyindən əziyyət çəkir. Ötən gün onun mədəsində qan axma olub. Bu səbəbdən vəziyyəti daha da ağırlaşıb.

 

Qeyd edək ki, Ehtiram Əliyev 1972-ci ildə Ucar rayonunda anadan olub. Bakı Maşınqayırma Texikumunu

və "Təfəkkür” Universitetini bitirib.

 

1992-ci ilin iyunundan 1996-cı ilin avqustuna qədər hərbi xidmət keçib. Cəbhənin Ağdam, Naxçıvan istiqamətlərində döyüşüb. 1995-ci ildə vətən qarşısında borcunu yerinə yetirərkən göstərdiyi igidliyə və şücaətə görə ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

 

E.Əliyev 1996-cı ildə ordudan tərxis edilib. 1997-1998-ci illərdə Bakının Sabunçu rayon Polis İdarəsində işləyib. Daha sonra Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalında rəis müavini vəzifəsində çalışıb.

 

Ailəlidir. Bir qızı, iki oğlu var./Ölkə.az

 

 

Tarix: 23 Oktyabr 2026, 11:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin