BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər"

Hindistan şirkətləri, o cümlədən əczaçılıq sahəsində fəaliyyət göstərən müəssisələr dünyanın aparıcı istehsalçıları sırasında yer alır. Ölkəmizdə də tibbi ləvazimatlar, dərman vasitələri və digər tibbi məhsullar arasında Hindistan istehsalçılarının məhsulları geniş yayılıb və mühüm mövqeyə malikdir.

 

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov hindistanlı həmkarı Subrahmanyam Cayşankarla birgə keçirdiyi mətbuat konfransında bildirib.

 

Nazir qeyd edib ki, enerji, əczaçılıq, kompüter texnologiyaları, informasiya-kommunikasiya texnologiyaları, rəqəmsal xidmətlər və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar mövcuddur./Azərtac

Tarix: 23 Oktyabr 2026, 13:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin