BURADA REKLAMINIZ OLA
BİLƏR

Aİ lideri: Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu mülki gəmi vurulub, 3 nəfər itkindir

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında Azərbaycan və Ukrayna vətəndaşlarının olduğu mülki gəmiyə zərbə endirilməsindən narahatlığını ifadə edib.

 

Ursula fon der Lyayen bu barədə “X” hesabında paylaşım edib.

 

“Qara dənizdə Rusiyanın növbəti eskalasiyasından dərin narahatam. Ukrayna və Azərbaycan ekipajının olduğu mülki gəmi Rumıniya sahilləri yaxınlığında vurulub.

 

Bu məsuliyyətsiz hücumlar günahsız insanların həyatını hədəfə alır və beynəlxalq hüquqa açıq şəkildə ziddir.

 

Həlak olan dənizçinin ailəsinə və yaxınlarına başsağlığımı bildirirəm. Hələ də üç ekipaj üzvü itkindir. Onları tapmaq üçün yorulmadan çalışan xilasetmə qruplarına təşəkkür edirəm”, – Ursula fon der Lyayen qeyd edib./APA

Tarix: 23 Oktyabr 2026, 15:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin