BURADA REKLAMINIZ OLA
BİLƏR

“PAŞA Sığorta”nın xalis mənfəəti 2,6 milyon manatdan çox azalıb - HESABAT

“PAŞA Sığorta” ASC 2026-cı ilin ilk 9 ayını 21 milyon 883 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon 624 min manat və ya 10,7% azdır.

 

Pravda.az Plat.az-a istianadən xəbər verir ki, hesabat dövründə sığorta şirkətinin ümumi gəlirləri 16,8% artaraq 294 milyon 741 min manata çatıb. Ötən ilin eyni dövründə bu göstərici 252 milyon 321 min manat təşkil edib.

 

Şirkətin əsas əməliyyat gəlirləri 13,3% artaraq 310 milyon 229 min manat, investisiya gəlirləri isə 14,6% artaraq 19 milyon 345 min manat olub.

 

Bununla yanaşı, şirkətin xərcləri gəlirlərindən daha sürətlə artıb. Belə ki, 2026-cı ilin yanvar-sentyabr aylarında ümumi xərclər 20,1% artaraq 267 milyon 387 min manata yüksəlib. Ötən ilin eyni dövründə bu göstərici 222 milyon 612 min manat olub.

 

Əsas əməliyyat xərcləri 25% artaraq 206 milyon 938 min manata, işlərin aparılması xərcləri isə 4,7% artaraq 59 milyon 723 min manata çatıb.

 

Nəticədə şirkətin vergiyəqədərki mənfəəti 29 milyon 709 min manatdan 27 milyon 354 min manata geriləyib. Bu isə 7,9% azalma deməkdir.

 

Hesabat dövründə şirkətin mənfəət vergisi xərcləri 5 milyon 471 min manat təşkil edib. Bu, ötən ilin eyni dövründən 4,7% çoxdur.

 

Beləliklə, "PAŞA Sığorta”nın gəlirlərinin artmasına baxmayaraq, xərclərin daha yüksək templə yüksəlməsi şirkətin xalis mənfəətinin azalmasına səbəb olub.

 

Qeyd edək ki, “PAŞA Sığorta” ASC 2006-cı ildə təsis edilib. Şirkət “PAŞA Holding” MMC-nin tərkibinə daxildir və Azərbaycanın qeyri-həyat sığortası bazarında fəaliyyət göstərən ən böyük sığorta şirkətidir. Şirkətin Baş icraçı direktoru Niyaz İsmayılovdur.

Tarix: 23 Oktyabr 2026, 15:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin