BURADA REKLAMINIZ OLA
BİLƏR

Salyanda yol qəzası olub, ölən var - FOTO - YENİLƏNİB

Salyanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər (2 qadın, 2 kişi) oktyabrın 23-də saat 15:20 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

 

Bu barədə TƏBİB-dən məlumat verilib.

 

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri müvafiq şöbələrdə davam etdirilir, 2 nəfərin vəziyyəti stabil, digərlərinin isə orta ağır qiymətləndirilir.

 

***

15:59

 

Salyanda yol qəzası baş verib.

 

Hadisə rayonun Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

"BMW" və "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.

 

Faktla bağlı araşdırma aparılır./APA

 

Salyanda yol qəzasında bir nəfər ölüb, 4 nəfər xəsarət alıb - FOTO  - YENİLƏNİB

Tarix: 23 Oktyabr 2026, 16:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin