BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu rayonlarda ağaclar qanunsuz kəsilib - 40 min manatdan çox ziyan var

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Qəbələ, Şamaxı, Xaçmaz və Lerik rayonlarında yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

 

Xidmətdən verilən məlumata görə, araşdırma zamanı Qəbələ rayonu Kiçik Əmili və Zalam kəndlərinin ərazisindən keçən su kanalının ətrafında, Şamaxı rayonu Mərzəndiyə, Xaçmaz rayonu Ağtala kəndləri ərazisində və Lerik rayonu Bobla kəndi yaxınlığında ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 40 529 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

 

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Tarix: 23 Oktyabr 2026, 18:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin