BURADA REKLAMINIZ OLA
BİLƏR

Toydan çıxan Vətən müharibəsi qazisini qətlə yetirdilər - Təfərrüat

Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

 

Toy məclisindən çıxan Şərif Nərimanov, Elmin və Rahib Əminov qardaşları ilə Vüqar Şirinzadə arasında mübahisə baş verib.

 

Mübahisə zamanı Vüqar Şirinzadə hər üç şəxsi bıçaqlayıb. Xəsarət alan şəxslərdən Vətən müharibəsi iştirakçısı, 33 yaşlı Rahib Əminov aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

 

Qeyd edək ki, polis tərəfindən keçirilən tədbirlərlə V.Şirinzadə saxlanılaraq istintaqa təhvil verilib.

 

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

 

Xatırladaq ki, 33 yaşlı qazi Rahib Əminov Vətən müharibəsi iştirakçısı olub./Oxu.Az

Tarix: 23 Oktyabr 2026, 18:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin