BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda kütləvi dava - "Ceyhun Sabunçu" öldürüldü - VİDEO - YENİLƏNİB

Bakının Xətai rayonunda kafedə kütləvi insident zamanı ölümlə nəticələnən bıçaqlanma hadisəsində iştirak edən 9 nəfər polis tərəfindən müəyyən olunaraq saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Qeyd edək ki, Bakının Xətai rayonunda kütləvi dava zamanı bir nəfər qətlə yetirilib, bir neçə nəfər isə bıçaqlanıb.

 

Hadisə General Şıxlinski küçəsi, 145 ünvanında yerləşən “Ab-Hava” kafesində baş verib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb.

 

Məlumata görə, davaya biznes münasibətlərində yaranmış mübahisənin səbəb olduğu bildirilir. Hadisədə iştirak edən Əhməd adlı şəxsin ölkədə tanınmış vəzifəli şəxslərdən birinin oğlu olduğu iddia edilir. Həmin şəxsin hadisədən sonra könüllü olaraq polisə təslim olduğu deyilir.

 

***

 

09:31

Bakıda kafelərdən birində kütləvi davada ölən şəxsin kimliyi bəlli olub. Oxu.Az qətlə yetirilən Ceyhun adlı şəxsin fotosunu əldə edib. O, "Ceyhun Sabunçu" kimi tanınır.

 

Əməli törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis tərəfindən müvafiq tədbirlər görülür.

 

Tarix: 24 Oktyabr 2026, 11:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin