BURADA REKLAMINIZ OLA
BİLƏR

Donald Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla hərbi münaqişə başa çatdıqdan sonra neft və benzinin qiymətləri kəskin şəkildə aşağı düşəcək.

 

Bu barədə Ağ Evin rəhbəri Ayova ştatında keçirilən mitinqdə bildirib.

 

Trampın sözlərinə görə, nizamlanmanın hansı yolla əldə ediləcəyindən asılı olmayaraq, İranla münaqişə yaxın vaxtlarda başa çatacaq.

 

"Biz bu və ya digər şəkildə İranla işi çox tezliklə bitirəcəyik. Benzinin və neftin qiymətləri kəskin şəkildə düşəcək", - ABŞ lideri bildirib.

 

Tramp həmçinin qeyd edib ki, o, səkkiz silahlı münaqişəni nizamlamağa nail olub və onun fikrincə, Rusiya-Ukrayna münaqişəsi də sona yaxınlaşır.

 

Report

Tarix: 24 Oktyabr 2026, 09:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin