BURADA REKLAMINIZ OLA
BİLƏR

Xalq artisti xəstəliyindən danışdı

Xəbər verdiyimiz kimi, Xalq artisti Naibə Allahverdiyeva ötən gün xəstəxanaya yerləşdirilib.

 

Aktrisa açıqlamasında səhhəti barədə məlumat verib. O bildirib ki, hazırda xəstəxanadadır və müalicəsi davam edir.

 

N. Allahverdiyeva qeyd edib ki, onda qəfil qan təzyiqi krizi (hipertenziv kriz)  yaranıb:

 

“Təzyiqim o qədər yüksəldi ki... Hər şey qəfil, ayaq üstə olduğum yerdə baş verdi. Hazırda xəstəxanadayam, yavaş-yavaş düzəlirəm. Krizdən çıxmışam. Müalicəm davam edir”./Axşam.az

Tarix: 24 Oktyabr 2026, 11:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin