BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda deputat Arzuxan Əlizadənin oğlunun qətl törətdiyi yerdən görüntülər - VİDEO - FOTO - YENİLƏNDİ

Bakıda kütləvi davanın baş verdiyi ərazi məlum olub.

 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Xətai rayonu, General Şıxlınki küçəsi, 36 ünvanındakı "Ab Hava" restoranın ikinci mərtəbəsindəki kabinetdə qeydə alınıb.

 

Hadisədən əvvəl 5 nəfər kabinetdə oturub çay içib, qəlyan çəkirmiş. Bir müddətdən sonra kabinetə daha 4 nəfər daxil olub və mübahisə başlayıb. Mübahisə nəticəsində kabinetdə bir nəfər bıçaqlanıb. Daha sonra dava restoranın foyesində davam edib.

 

Məlumata görə, qətlə yetirilən Ceyhun adlı şəxs bir nəfəri bıçaqlayandan sonra foyeyə qaçıb.

 

Bu vaxt digər şəxslər onun arxasınca gəlib və foyedə yaxalayıblar. Ceyhun hadisə yerində qətlə yetirilib.

 

Bakıda deputat Arzuxan Əlizadənin oğlunun törətdiyi qətllə bağlı yeni detallar - Foto/Video

Bakıda deputat Arzuxan Əlizadənin oğlunun törətdiyi qətllə bağlı yeni detallar - Foto/Video

Bakıda deputat Arzuxan Əlizadənin oğlunun törətdiyi qətllə bağlı yeni detallar - Foto/Video

Bakıda deputat Arzuxan Əlizadənin oğlunun törətdiyi qətllə bağlı yeni detallar - Foto/Video

Bakıda deputat Arzuxan Əlizadənin oğlunun törətdiyi qətllə bağlı yeni detallar - Foto/Video

***

 

12:41

 

Bakıda deputat Arzuxan Əlizadənin oğlunun qətl törətdiyi hadisə ilə bağlı yeni detallar məlum olub.

 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, tərəflər əvvəlcə kafedəki kabinetlərindən birində mübahisə ediblər.

 

Daha sonra mübahisə kafenin zalında davam edib və qətl hadisəsi törədilib.

 

Hadisənin baş verdiyi ərazidən görüntüləri təqdim edirik:

 

 

12:15

 

Dünən paytaxtın Xətai rayonunda kafedə baş vermiş kütləvi dava-dalaşla bağlı bəzi faktlar üzə çıxıb.

 

Pravda.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ölümlə nəticələnən hadisə General Əliağa Şıxlınski küçəsində yerləşən “Abu Hava Green Tone” ailəvi restoranında baş verib. 

 

Oxu.Az-ın məlumatına görə, hadisənin iştirakçısı olmuş 9 nəfərdən biri deputat Arzuxan Əlizadənin oğludur.

 

Məlumata görə, AMİP əsdri olan A.Əlizadənin iki oğlu var. Onlardan birinin adı Əhməd, digərinin adı Orxandır. Orxan Əlizadə Xətai Rayon Məhkəməsinin hakimidir. Əhməd isə kriminala meyilli şəxsdir.

 

Əhməd Əlizadə hadisədən sonra polisə könüllü təslim olub. Kriminal aləmdə “Yeraz Əhməd” kimi tanınır.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, insidentdə iştirak edən 9 nəfər polis tərəfindən müəyyən olunaraq saxlanılıb. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Dəhşətli cinayətdə öldürülən şəxsin adının Ceyhun olduğu və öz ətrafında “Ceyhun Sabunçu” adı ilə tanındığı deyilir.

Tarix: 24 Oktyabr 2026, 12:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin