BURADA REKLAMINIZ OLA
BİLƏR

Arzuxan Əlizadənin deputat mandatı ləğv edilə bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda baş vermiş kütləvi dava hadisəsi ilə bağlı bəzi faktlar üzə çıxıb. Məlumatlara görə, Bakıda ölümlə nəticələnən kütləvi dava zamanı “Ceyhun Sabunçu” ləqəbli Ceyhun Mirağayevi bıçaqlayaraq öldürən şəxsin deputat Arzuxan Əlizadənin oğlu Əhməd olduğu bildirilir. Bu, təsdiqlənərsə, deputatın mandatının ləğvi suallar doğurur.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən hüquqşünas Aysel Süleymanova bildirib ki, Azərbaycan qanunvericiliyinə görə, cinayət məsuliyyəti fərdi xarakter daşıyır. O bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsi deputatın mandatdan məhrum edilməsi və səlahiyyətlərinin itirilməsi hallarını müəyyən edir: “Ölümlə nəticələnən kütləvi-dava zamanı Ceyhunu bıçaqlayanın deputat Arzuxan Əlizadənin oğlu Əhməd olduğu deyilsə də, birinci növbədə bunun üçün tam olaraq istintaq əməliyyatı keçirilməlidir. Araşdırma zamanı sübuta yetirilərsə, oğlu Əhmədin özü cinayət məsuliyyətinə cəlb olunacaq. Burada qeyd etməliyəm ki, A. Əlizadənin cinayətlə bağlı əlbirliyi yoxdursa, onun mandatı alına bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsində qeyd olunur ki, deputatın özü cinayət törətdiyi halda mandatı əlindən alına bilər. Bu məsələdə üç halı nəzərə almaq lazımdır. Birincisi deputatın oğlunun özü cinayət törədirsə, hökm çıxarsa, özü cinayət məsuliyyətinə cəlb olunacaq. Əgər deputat hansısa hadisəyə təşəbbüs, cinayəti bərabər olaraq törədirsə, bununla bağlı ayrıca hüquqi araşdırma keçirilicəkdir. Digər məsələ isə etik məsuliyyətdir. Əgər şəxs özü hansısa bir etik davranışları pozarsa, o zaman intizam tənbehi də deputata qarşı ola bilər. Ancaq bu ailə üzvlərinin hansısa nizam-intizam, etik qaydalarının pozulmasını nəzərdə tutmur. Yəni şəxs özü etik qaydaları pozarsa o zaman hansısa nizam-intizam tənbehinə cəlb oluna bilər”.

 

Hüquqşünas qeyd edib ki, Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsində deputatın toxunulmazlığı var: “Bu toxunulmazlıq barədə qeyd olunur ki, ancaq Baş Prokurorluğun təqdimatı ilə Milli Məclisin İntizam Komissiyasında müzakirə oluna bilər və ondan sonra şəxsin toxunulmazlığı ləğv oluna bilər. Mühüm məsələ budur ki, deputatın toxunulmazlığı ümumiyyətlə ailə üzvlərinə şamil olunmur. Arzuxan Əlizadənin oğlu Əhməd toxunulmazlığı yoxdur, ona görə də bütün Azərbaycan vətəndaşları kimi cinayət məsuliyyətinə cəlb oluna bilər. Nəticə olaraq deyə bilərik ki, hadisə ilə bağlı birinci rəsmi istintaq yekunlaşmadan, məhkəmə qərarı olmadan bununla bağlı rəy bildirmək mümkün deyil. Təbii ki, deputat olan A.Əlizadənin faktiki olaraq ictimai nüfuzuna zərər gətirə bilər ancaq cinayət məsuliyyətinə cəlb olunmur və deputat mandatlığı da bu məsələyə görə əlindən alınmır. Hüquqi məsuliyyət fərdi sayılır”.

 

Şəhanə Qədirli

Tarix: 24 Oktyabr 2026, 14:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin