BURADA REKLAMINIZ OLA
BİLƏR

FHN Bakı Dövlət Sirki ilə bağlı irad bildirib

"Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakı Dövlət Sirki ilə bağlı müəyyən haqlı iradlar irəli sürülüb".

 

Pravda.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

 

Nazir Bakı Dövlət Sirkinin bağlanmasını istəmədiyini bildirib: "Çünki şəhərdə mütləq belə bir müəssisə olmalıdır. Sirk 40 ilə yaxındır ki, əsaslı təmir olunmadan fəaliyyət göstərir. Hesab edirəm ki, müvəqqəti olsa da, təhlükəsizliklə bağlı olan ölçüləri götürməliyik. Artıq bunların yarısını etmişik".

 

"Ümidvaram ki, bu mövsümdə sirk öz işini davam etdirə bilər. Amma bu məsələyə gələcəkdə mütləq baxılmalıdır", - Ə. Qarayev qeyd edib.

Tarix: 18 Dekabr 2019, 14:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin