BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan seçkiləri müşahidə etmək üçün Avropa Şurasına dəvət göndərdi

“Adətən bələdiyyə seçkilərində müşahidəçilər Prezident və Parlament seçkilərinə nisbətən o qədər də çox olmur”.

 

Pravda.az APA-ya istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib. O bildirib ki, Mərkəzi Seçki Komissiyası Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndələrinə artıq dəvət göndərilib: “Çünki adətən bələdiyyə seçkilərinə müşahidə aparırlar. Onların sözü, gəldiyi qənaət müəyyən beynəlxalq miqyasda lazımı səviyyədə qarşılanır”. MSK sədri qeyd edib ki, 15 müxtəlif ölkələrin MSK-na da dəvətlər göndərilib: ”Həmçinin, Seçki Məcəlləsinin tələblərinə görə Qeyri-Hökumət Təşkilatları da müşahidəçilər dəvət etmək istəsələr onların adından müraciət göndərə bilərik. Hesab edirəm ki, bələdiyyə seçkilərində müşahidəçilərin sayı kifayət qədər olacaq”.

 

Tarix: 12 Noyabr 2019, 11:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin