BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazir: “Məzunlarımızın kifayət qədər axsadığı istiqamətlər mövcuddur”

"İmtahan modellərinin dəyişdirilməsi təhsil sistemində tez-tez baş verən proses deyil. Uzun illər bu barədə danışarkən əsasən imtahanın dürüstlüyü, ədalətliliyi prinsiplərinə diqqət etmişik".

 

Pravda.az-ın xəbərinə görə, bunu “Yeni imtahan modeli: islahatlar, nəticələr və gözləntilər" mövzusunda keçirilən konfransda çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib.

 

Nazir qeyd edib ki, uzun müddət ərzində ölçülməyən biliklər unudula bilər: "Ona görə də bu gün əmək bazarında tənqidi təfəkkür, qeyri-standart yanaşma, komandada işləmək, kreativlik və bir sıra bu kimi kompetensiyalara diqqət yetirdikdə görürük ki, məzunlarımızın bu sahədə kifayət qədər çox axsadığı istiqamətlər mövcuddur. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, yeni imtahan modelinin tətbiqinə çox ciddi ehtiyac var".

Tarix: 18 Dekabr 2019, 15:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin