BURADA REKLAMINIZ OLA
BİLƏR

Məleykə Abbaszadə: "İnkişaf etmiş ölkələrdə də müxtəlif repetitorlar olur"

“Repetitorluğun qarşısını qanunla almaq mümkün deyil”.

 

Pravda.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

 

O bildirib ki, bəzi valideynlər övladlarının əlavə dil biliklərinə yiyələnməsi üçün repetitorlara müraciət edirlər.

 

“Tutaq ki, şagird məktəbdə yalnız ingilis dilindən təhsil alır. Lakin o, əlavə dil kimi fransız dilini də öyrənmək istəyir. Bu halda valideynlər repetitorlara müraciət edirlər. Belə hallar olduqca repetitorlar da olacaq. İnkişaf etmiş ölkələrdə də müxtəlif repetitorlar olur. Kimsə musiqi, rəsmlə məşğul olmaq istəyir. Ona görə də repetitorlara müraciət edir. Əgər belə proseslər gedirsə, onun qarşısını almaq və dərslərin keyfiyyətini qaldırmaq lazımdır. Ancaq hər hansı qanunla bunun qarşısını almaq mümkün deyil” - M. Abbaszadə qeyd edib.

Tarix: 18 Dekabr 2019, 15:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin