BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ şirkəti "Aztelekom"dan 5 milyon tələb edir - SENSAİON İDDİA

Azərbaycanın özəl internet provayderi "Avirtel" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) "Aztelekom" MMC-ni məhkəməyə verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə verilən iddiada  "Avirtel MMC"yə dəymiş 5 milyon manat dəyərində maddi zərərin cavabdehdən tutulması və "Avirtel" MMC şəbəkəsindən qanunsuz çıxarılaraq "Aztelekom" şəbəkəsinə keçirilmiş 10.000 müştərinin yenidən "Avirtel" MMC-yə qoşulmalarının təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilib.

 

Hakim Fərid Mədətli elektron iddia ərizəsinin prosessual qaydaya uyğun təqdim edilmədiyini (iqtisadi mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə) əsas gətirərək, iddia ərizəsini geri qaytarıb. Ərizənin qaytarılması üçün əsas olmuş nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

 

Qeyd: Şirkət rəhbərliyinin mediaya bildirdiyinə görə, “Avirtel”ə məxsus minlərlə istifadəçinin xətti qanunsuz olaraq “Aztelekom”a keçirilib.

 

Xatırlatma: "Avirtel" MMC 100% xarici investisiyalı (ABŞ) şirkətdir. "Aztelekom" MMC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsusdur və səhmləri dövlətə məxsusdur.

Tarix: 18 Dekabr 2019, 16:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin